Rusiya Ermənistana 100 milyon dollar həcmində hərbi kredit verəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə naziri David Tonoyan deyib.
"İndi yeni hərbi kreditin imzalanması prosesi gedir. Mənim razılaşma çərçivəsində hansı növ silahlardan söhbət getdiyini deməyə səlahiyyətim yoxdur. Bu, zamanı gələndə bəlli olacaq”, – deyə o bildirib.
Buna baxmayaraq, o, Ermənistanın çoxfunksiyalı aviasiyaya daha çox önəm verdiyini deyib.
Qeyd edək ki, Rusiya bundan öncə də Ermənistana 200 və 100 milyonluq hərbi kredit çərçivəsində silahlar verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !