Yanvarın 18-i səhər saatlarında rus qoşunları ballistik raketlərlə Kiyevə hücum etdi. Hücum yanğınlar və insan tələfatı ilə nəticələnib.Bu barədə Ukrayna KİV-ləri Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenkonun Telegram kanalına və Kiyev meri Vitali Kliçkonun kanalına istinadən məlumat yayıb.
Bir neçə dəqiqə sonra yerli hökumət rəsmiləri Kiyevdə hava hücumundan müdafiənin fəaliyyət göstərdiyini bildiriblər.
Yerli vaxtla saat 06:04-ə olan məlumata görə, hücum nəticəsindən azı üç nəfər ölüb,- məlumatda bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !