Rusiya MN Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəzləyib

22:07 | 25.10.2023
Rusiya MN Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəzləyib

Rusiya MN Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəzləyib

Rusiya Müdafiə Nazirliyi gündəlik bülletenlerində Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin 25 oktyabr tarixli bülletenində Qarabağ "Azərbaycanın Qarabağ iqtisadi rayonu”, "Stepanakert" isə Xankəndi kimi təqdim olunub.

Qeyd edək ki, bu vaxta kimi Rusiya MN Azərbaycanın Qarabağ regionu ilə bağlı bülletenlərində SSRİ dövründəki terminlərdən və toponimlərdən istifadə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM