Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını "Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” kimi qeyd edib.
Əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası "Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.
Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !