• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

"Xalq düşmənləri"ni işdən qovulmalıdır" - Rusiya parlamentinin sədri

01.04.2022 17:38
Səhiyyə, mədəniyyət və təhsil sahəsindəki qurumların rəhbərləri Rusiyanın Ukrayna siyasətini dəstəkləməsələr, öz vəzifələrindən getməlidirlər. Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  teleqram kanalında opera müğənnisi Anna Netrebkonu misal çəkərək yazıb.

Netrebko bu həftə Ukraynadakı müharibəni pisləyib və Rusiya rəhbərliyini dəstəkləmədiyini deyib.  Əvvəllər ifaçı Vladimir Putinin sirdaşı kimi çıxış edib və hətta "Novaya Rossiya" partiyasının bayrağı ilə şəkil çəkdiribdir.
 
Müharibə başlayandan sonra Metropolitan Operası və Bavariya Operası müğənni ilə əməkdaşlığa fasilə vermişdi.  
 
Volodin öz yazısında Rostov hərbi xəstəxanasında yaralıların qarşısında çıxış edən Saratov artistləri və müğənni Qriqori Lepsi misal çəkib.

"Sənət adamları hərbçilərimizə dəstək olmalıdır. Sağ olsunlar. Amma başqa ölkələrə, isti iqlimə  qaçanlar var. Daha da pisi - oradan ittiham xarakterli bəyanatlar verirlər. Nüfuzlu konsert məkanlarını qorumaq istəyi bu adamlara hakimdir. Eyni Anna Netrebko kimi. Sən buna xəyanətdən başqa bir şey deyə bilməzsən. Səs var, amma vicdan yoxdur”, - deyə Volodin yazıb.

Dövlət Duması sədrinin fikrincə, "dövlətin, ona görə də xalqın dəstəkləməyən və onlara xəyanət edən mədəniyyət, təhsil, səhiyyə və digər sahələr üzrə büdcə müəssisələrində çalışan rəhbər işçilər işdən  getməlidirlər”.

O, söz verib ki, deputatlar nazirlərə üz tutacaq və onlardan kadr məsələlərini həll etməyi tələb edəcəklər.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Dünya 09:04
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Dünya 08:57
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Dünya 08:49
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Ərdoğan Zəngəzur dəhlizindən danışıb
Dünya 23:54
Ərdoğan Zəngəzur dəhlizindən danışıb
Qəzzada 5 beynəlxalq media əməkdaşı həlak olub
Dünya 23:50
Qəzzada 5 beynəlxalq media əməkdaşı həlak olub
İsveçrə poçtu ABŞ-yə bağlama göndərmə xidmətlərini dayandırıb
Dünya 23:30
İsveçrə poçtu ABŞ-yə bağlama göndərmə xidmətlərini dayandırıb
Hamburq limanı ərazisində yanğın baş verib
Dünya 22:33
Hamburq limanı ərazisində yanğın baş verib
Tramp Çinə səfərə edəcək
Dünya 22:24
Tramp Çinə səfərə edəcək
Tramp Kim Çen In ilə görüşmək niyyətindədir
Dünya 22:23
Tramp Kim Çen In ilə görüşmək niyyətindədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol