Rusiya Qafqazda hərbi texnikasını yeniləyir

12:21 | 14.05.2014
Rusiya Qafqazda hərbi texnikasını yeniləyir

Rusiya Qafqazda hərbi texnikasını yeniləyir

Rusiya 2014-cü ildə Şimali və Cənubi Qafqaz, Qara dəniz sahili ərazilərə cavabdeh olan Cənub Hərbi Dairəsi (CHD) qoşunlarının arsenalına 1500-dən artıq müasir silah və hərbi texnika daxil etməyi planlaşdırır.

 

APA-nın Rusiyanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, cari ildə Qara dəniz donanması və Xəzər flotiliyasının döyüş sıralarına təxminən 20 yeni gəmi, həmçinin 636 layihəli “Novorossiysk” və “Rostov Don” dənizaltıları, 11356 layihəli “Admiral Qriqor” və “Admiral Essen” gözətçi gəmiləri, 21 631 layihəli “Velikiy Ustyuq” kiçik raket gəmisi, patrul, anti-diversiya katerləri və köməkçi gəmilər daxil ediləcək.

 

Dairənin Hərbi Hava Qüvvələri 60-dan artın uçuş vasitəsi alacaq. Bura təxminən 40 ədəd Su-27SM döyüş təyyarəsi, Su-30SM, Su-34, Su-30M2, Su-35S döyüş təyyarələri, 10 ədəd Mi-26T və Mi-8MTVV- 5-1 hərbi nəqliyyat helikopterləri daxil olacaq.

 

Quru Qoşunlarının silahlanmasına isə 1400-dən artıq müxtəlif döyüş və artilleriya texnikalarının daxil edilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, CHD-yə Qara dəniz donanması və Xəzər Flotiliyası, Şimali Qafqazdakı, o cümlədən Gürcüstan və Azərbaycanla sərhəddəki hərbi birləşmələr, Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarındakı hərbi hissələr və Ermənistanda - Gümrüdə yerləşən 102-ci hərbi baza daxildir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti