Rusiya Qazaxıstan görüşünü dəstəkləyir - Zaxarova

14:52 | 08.05.2024
Rusiya Qazaxıstan görüşünü dəstəkləyir - Zaxarova

Rusiya Qazaxıstan görüşünü dəstəkləyir - Zaxarova

Rusiya Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin görüşünü dəstəkləyir. Bunu Rusiya xarici işlər nazirinin sözçüsü Maria Zaxarova deyib.  
 
"Biz mayın 10-na planlaşdırılan bu görüşü alqışlayırıq", - diplomat Rusiyanın görüşdən gözləntiləri ilə bağlı sualı cavablandırarkən deyib.
 
Zaxarova söyləyib ki, iki ölkə arasında olan münasibətlərin normallaşması üçün Rusiya dəstək göstərməyə davam edəcək. 

Mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanın Almatı şəhərində görüşəcəklər.
 
Bundan əvvəl Qazaxıstan Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda keçirilən görüşündə vasitəçi olmaqdan imtina edib. 
 
Aprelin 15-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra İrəvan və Bakıya sülhün bağlanması üçün danışıqlar platforması verməyə hazır olduğunu bəyan edib.
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti