Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq Xankəndiyə çatıb. Bu barədə Ermənistan mətbuatında məlumat paylaşılıb.
08:00
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu yük maşını Ağdam rayonundan keçərək Ağdam-Əskəran yolu ilı Xankəndinə doğru hərəkət edib. Bu barədə Reuters məlumat verib.
Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi.
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yükdür.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !