Rusiya Ruben Vardaryana kömək edə bilməyəcək

08:42 | 28.09.2023
Rusiya Ruben Vardaryana kömək edə bilməyəcək

Rusiya Ruben Vardaryana kömək edə bilməyəcək

 Separatçı rejimin "dövlət naziri" nin hüquqlarını Rusiya müdafiə edə bilməyəcək. Bunu RİA Novosti-yə Federal Şuranın Konstitusiya Komissiyasının üzvü Aleksandr Başkin bildirib.
 
"Vardaryanın Rusiya vətəndaşlığından imtina etməsi onun şəxsi seçimidir. Bu Rusiya pasportunun qiymətsizliyinə şübhə edənlər üçün yaxşı nümunədir. Onun vətəndaşlıqdan çıxması könüllü seçimi olub. Bu addımın hüquqi nəticələri onun seçiminin nəticəsidir və düşünürəm ki, bunun hüquqi nəticələri də olacaq. Ona görə ki, Vardaryan artıq Rusiyadan kömək ala bilmir və ala bilməyəcək", - Başkin deyib. 
 
Sentyabrın 27-də Azərbaycan Sərhəd Xidmətinin əməkdaşları Laçında Qondarma rejimin saxta nazirini Ermənistana gedərkən saxlayıb və Bakıya gətirərərək aiddiyatı quruma təhvil verdiklərini açıqlayıblar. 
 
Vardaryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100, 101-ci maddələrində nəzərdə tutulmuş "Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma” və "Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar” maddəsi ilə 15 il və ya daha çox həbs oluna bilər. 
 
Ruben Vardaryan Qarabağdakı vəzifəsindən fevralda istefa verib. O bu vəzifəyə 2022-ci il gətirilmişdi. 

Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM