Rusiya sülhməramlı kontingentinə arayış hazırlayacam - Deputat - Video

12:44 | 29.11.2022
Rusiya sülhməramlı kontingentinə arayış hazırlayacam - Deputat - Video

Rusiya sülhməramlı kontingentinə arayış hazırlayacam - Deputat - Video

Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycanın yaşayış məntəqələrinin adlarının erməni toponimləri ilə qeyd olunmsı yolverilməzdir. Bunu Parlamentin bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov deyib.


"Mən bununla bağlı arayış hazırlayacam. Sülhməramlı kontingenti bu adların erməni toponimlərlə yazılmasını Rusiya xəritəsində bu cür yazılması ilə əlaqələndirir. Hesab edirəm bu məntiqsizdir. Rusiya prezidenti özü də Qarabağı Azərbaycanın ərazisi tanıyır”, deputat bildirib.


Millət vəkili Siyavuş Novruzov çıxışında bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə Azərbaycan toponimlərini dəyişdirməsinə görə bu ölkənin parlamentinə müraciət ünvanlayacaq.


Oktyabrın 28-də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında Ağdərə, Xocavənd, Suqovuşan və Qozlukörpü "Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi qeyd olunub.


Müdafiə Nazirliyi açıqlama verərək qeyd edib ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.
 
Nazirlik Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb