Erməni əhalisinin Dağlıq Qarabağı tərk etməsindən sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına ehtiyac azalıb. Bu fikri Qazeta.Ru-ya müsahibəsində Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, deputat Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, Azərbaycan qoşunların çıxarılması məsələsini qaldırarsa Rusiya bunu məğlubiyyət və ya güzəştı getmək kimi qəbul edə bilər.
"Bu gün Qarabağda sülhməramlıların olması Rusiya-Azərbaycan münasibətlərindən asılıdır. Qarabağda erməni əhalisi olmadığından sual yaranır ki, bizim sülhməramlılarımızın orada nə işi var? Hesab edirəm ki, Azərbaycan rəhbərliyi hələ də onların geri çəkilməsi ilə bağlı sualları təkcə ona görə qaldırmayıb ki, bu, Rusiyada məğlubiyyət, güzəşt kimi, hərbçilərimizin Rusiya Federasiyasından kənarda olmasının vurduğu ziyan kimi qiymətləndirilməsin. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasına ehtiyac azalır”, Zatulin bildirib.
Deputat hesab edir ki, Rusiyanın sülhməramlı qoşunlarının Qarabağda olması erməni əhalisinə mənsub evlərin dağılmamasına zəmanət yaradır.
"Mən sülhməramlılarımızın qalmasını, məsələn, erməni əhalisi tərəfindən tərk edilən evlərin, tarix və mədəniyyət abidələrinin dağılmamasına zəmanət kimi dəyərləndirirəm. Bəzi ermənilərin Dağlıq Qarabağa qayıdacağı ilə bağlı müəyyən ümidlər var. Lakin Azərbaycanın ermənilərin geri qayıtması üçün rəsmən irəli sürdüyü şərtlər çətin ki, onların qayıtmasını asanlaşdırsın. Ona görə də burada Rusiya sülhməramlılarının qalması çox çətindir", - deputat bildirib.
Aprelin 15-də Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə danışıqlardan sonra artıq razılaşdırılmış prinsiplər əsasında Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib.
O deyib ki, söhbət 1991-ci il Almatı Bəyannaməsinin müddəaları əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasından və respublikalar arasında delimitasiyanın həyata keçirilməsindən, eləcə də suverenlik və yurisdiksiyaya hörmət prinsipləri əsasında regional infrastrukturların blokdaadan çıxarılmasından gedir.
2020-ci il sentyabrın sonunda Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Ağdam, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli və Laçın rayonları, həmçinin Şuşa və Hadrut Azərbaycanın nəzarətinə keçib.
2023-cü ilin sentyabrında Dağlıq Qarabağın başçısı Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma Dağlıq Qarabağ Respublikasının mövcudluğuna xitam verilməsi haqqında fərman imzalayıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !