Rusiya Suriya böhranı öncəsi imzalanan müqavilə əsasında Suriyaya 6 ədəd "MiG-31" hərbi təyyarəsi göndərib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, artıq hərbi təyyarələr Şamdakı Mezze hərbi aeroportuna enib.
İki ölkə arasında hərbi təyyarələrlə bağlı müqavilənin 2007-ci ildə bağlandığı və sənədə görə, Rusiyanın Suriyaya 8 ədəd "MiG-31" təhvil verəcəyi bildirilir.
Bu hərbi təyyarələr 200 kilometrlik ərazini nəzarətdə saxlamaq qabiliyyətinə malikdir. Xüsusən kəşfiyyat xarakterli uçuşlar həyata keçirən bu təyyarələr dünyada ən sürətli hərbi təyyarələri hesab olunur.
Digər 2 "Mig-31"in Suriyaya nə vaxt təhvil veriləcəyi haqqında məlumat yoxdur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !