Rusiya taxıl ixracına qadağa qoya bilər

09:20 | 28.11.2023
Rusiya taxıl ixracına qadağa qoya bilər

Rusiya taxıl ixracına qadağa qoya bilər

Rusiya taxıl ixracına qadağa qoya bilər. Bu barədə  "İzvestiya” nəşri yazır. 
 
Bildirilib ki, buğda, arpa, qarğıdalı və çovdar məhdudlaşdırıcı tədbirlərə məruz qala bilər. 
 
Nəşr yazır ki, ölkənin Kənd Təsərrüfatı Nazirliyinə taxıl ehtiyatlarına nəzarət etmək tapşırılığı verilib. Ehtiyatlar 10 milyon tona düşəcəyi təqdirdə ixraca məhdudiyyətlər qoyulacaq. 

Rusiya ekspertləri qəzəte müsahibəsində bildirir ki, ixrac qadağası yalnız müstəsna hallarda görülə bilən ifrat tədbirdir. Yeni məhsul və əvvəlki ilin qalıqları praktiki olaraq təminat verir ki, ölkədə taxıl qıtlığı olmayacaq.

Bundan əvvəl Rusiya Afrikaya iki gəmi taxıl göndərdiyini açıqlayıb. 

Günar 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM