Rusiya Türkiyədən portağal idxalını kəskin azaldıb

10:13 | 04.07.2024
Rusiya Türkiyədən portağal idxalını kəskin azaldıb

Rusiya Türkiyədən portağal idxalını kəskin azaldıb

Rusiya bu ilin mayında Türkiyədən sitrus meyvələrinin idxalını ötən illə müqayisədə kəskin azaldıb. RİA Novosti bu barədə qarşılıqlı ticarət statistikasına istinadən xəbər verir.

Ən çox azalan pportağal idxalı olub. Belə ki, Rusiya Türkiyədən  77 ton portağal idxal edib ki, bu  ötən ilin mayından 14 dəfə azdır.  Həmçinin naringi alışının həcmi 6,5 dəfə azalaraq 411 tona təşkil edib.  Rusiya  Türkiyədən üç dəfə az - 2,2 min ton limon alıb. 

Qreypfrut idxalı 6 dəfə artaraq 2,9 min tona çatıb.

Qeyd olunur ki, mağazalar şəbəkəsində olan portağalların təxminən 23-25%-ni Türkiyə Rusiyaya verir.

Bundan əvvəl Ankara və Moskvanın İstanbulun maliyyə mərkəzində yerləşəcək birgə enerji və mədən birjası yaratmaq barədə razılığa gəldiyi bildirilirdi.

Türkiyə mediası hesab edir ki, Türkiyə və Rusiyanın birgə ticarət platforması yaratmaq planları Qərblə əlaqələrin kəsilməsi fonunda iki ölkə arasında iqtisadi tərəfdaşlığın genişlənməsindən xəbər verir. Çox güman ki, təşəbbüs enerji təhlükəsizliyini artırmaq və satış bazarlarını şaxələndirmək məqsədi daşıyır.

Bundan əvvəl Türkiyə Rusiya ilə hesablaşma problemini həll etmək yolunu tapmışdı.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM