Rusiya-Ukrayna sərhədində sərnişin təyyarəsi vuruldu - 295 ölü - VİDEO

23:03 | 17.07.2014
Rusiya-Ukrayna sərhədində sərnişin təyyarəsi vuruldu - 295 ölü - VİDEO

Rusiya-Ukrayna sərhədində sərnişin təyyarəsi vuruldu - 295 ölü - VİDEO

Malayziya hava yollarına məxsus sərnişin təyyarəsi Rusiya-Ukrayna sərhəddində qəzaya uğrayıb. 
Təyyarədə 280 sərnişin və 15 ekipaj üzvünün olduğu deyilir. Ukrayna daxili işlər nazirliyindən verilən məlumata görə 295 nəfərdən sağ qalan olmayıb.
Təyyarənin 10 min metr yüksəklikdə raketlə vurularaq düşürüldüyü bildirilir. 
Qeyd edək ki, Boing 777 təyyarəsi Amsterdamdan Kuala Lumpura uçurdu (bizimyol.info). 
Xatırladaq ki, təyyarənin düşdüyü ərazi hazırda "Donetsk Xalq Respublikası" tərəfindən idarə edilir. 
Musavat.com-un pravda.com.ua saytına istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Petro Poroşenko Boinq-777 təyyarəsinin vurulması ilə bağlı təhqiqat aparmaq üçün beynəlxalq komissiya yaradılmasına çağırıb. Prezident Ukraynanın Nazirlər Kabinetinə komissiya yaradılması barədə göstəriş verib, Niderland və Malayziya dövlətlərinin təmsliçilərini də həmin komissiyada iştirak etməyə çağırıb. 
Ukrayna tərəfi təyyarənin Donetsk separatçıları tərəfindən vurulduğunu deyir, Rusiya mediası isə bunu inkar edir. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM