Rusiya Ukraynada böhrandan çıxış üçün öz şərtlərini açıqlayıb

16:03 | 17.03.2014
Rusiya Ukraynada böhrandan çıxış üçün öz şərtlərini açıqlayıb

Rusiya Ukraynada böhrandan çıxış üçün öz şərtlərini açıqlayıb

Rusiya Xarici İşlər Nazirliyi Ukraynada yaranmış böhrandan çıxış üçün öz şərtlərini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya XİN-dən bildirilib ki, Moskva xarici tərəfdaşlarla birlikdə Ukraynada böhranın həlli üçün çoxtərəfli dəstək mexanizminin formalaşdırılmasına başlamağa hazırdır. Rusiyanın təklifləri aşağıdakılardır:    - ABŞ və Avropa Birliyi ilə bir yerdə Ukraynanın bütün siyasi qüvvələri üçün məqbul olacaq Ukraynaya Dəstək Qrupunun formalaşdırılması;  - Ukraynanın neytral hərbi-siyasi statusunun BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi ilə möhkəmləndirilməsi;  - Krım əhalisinin referendumun nəticələri əsasında öz taleyini müəyyənləşdirmə hüququnun tanınması;     - Ukrayna Ali Radası tərəfindən yeni federativ Konstitusiyanın hazırlanması üçün bütün bölgələrin təmsilçiliyi ilə təcili Konstitusiya yığıncağının çağırılması;   - Yeni Konstitusiya layihəsinin ümumxalq referendumuna çıxarılması və qəbul edilməsindən sonra ümumi seçkilərin keçirilməsi; - Rus dilinə ikinci dövlət dili statusunun verilməsi. Rusiya XİN bu təkliflərin bir həftə əvvəl ABŞ, Avropa ölkələri və digər tərəfdaşlara təqdim edildiyini açıqlayıb.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM