Rusiya Kənd Təsərrüfatı Nəzarət Xidməti (Rosselxoznadzor) bu ilin iyunun 16-dan etibarən Ukraynadan ölkəyə kartof idxalına qadağa qoyub.APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun məlumatında bildirilir. Məlumata görə, qərara səbəb Ukraynada becərilən kartofda “nematoda” parazitlərinin aşkarlanması olub. “İyunun 16-dək yola Rusiyaya salınacaq kartof ölkə ərazisinə yalnız fitosanitar nəzarətin müsbət nəticəsi olduğu halda buraxıla bilər”, deyə qurumum açıqlamasında bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !