Rusiya Ukraynanı bölmək üçün 3 ölkəyə rəsmi müraciət edib - ŞOK

11:01 | 24.03.2014
Rusiya Ukraynanı bölmək üçün 3 ölkəyə rəsmi müraciət edib - ŞOK

Rusiya Ukraynanı bölmək üçün 3 ölkəyə rəsmi müraciət edib - ŞOK

“Ukrayna yalnız mərkəzi hissədən ibarət olmalıdır”Rusiya Dövlət Dumasından Polşa Xarici İşlər Nazirliyinə Ukraynanın bölünməsini nəzərdə tutan rəsmi məktub göndərilib. APA-nın Polşanın TVP1 kanalına istinadən verdiyi məlumata görə, Rusiyanın Liberal Demokratlar Partiyasının lideri, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski Polşaya Ukraynanın Volın, Lvov, İvano-Frankovsk, Ternopol və Rovno vilayətlərində həmin ərazilərin Polşaya mənsub olması ilə bağlı referendum keçirməyə təklif edib. Polşa XİN bu təklifdən hiddətlənib və bu cür bəyanatları “qəribə” adlandırıb. Eyni “təklifləri” Macarıstan və Rumıniya da alıb. Onlara müvafiq olaraq Zakarpatye və Çernovtsı vilayətlərini özlərinə birləşdirmək təklif olunur. Ukraynaya isə yalnız mərkəzi hissə qalmalıdır. Qeyd edək ki, bundan əvvəl V. Jirinovski Dövlət Dumasının tribunasından Ukraynanın parçalamasına çağırıb. O bildirib ki, Kiyev heç vaxt dövlətin federallaşmaya razılaşmayacaq, çünki bu halda Kiyev heç nəyi idarə edə bilməyəcək. O vurğulayıb ki, Ukraynanın dövlət qurmaq cəhdləri tarix boyu uğursuzluqla nəticələnib.  ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti