Rusiya Ukraynaya söz verdi

09:43 | 12.04.2014
Rusiya Ukraynaya söz verdi

Rusiya Ukraynaya söz verdi

Rusiya Ukraynanın cənub-şərq regionlarını birləşdirməyəcək, çünki bu, ölkənin maraqlarına ziddir.“Axar.az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rossiya 1” telekanalına verdiyi açıqlamasında deyib.Lavrov Ukrayna hakimiyyətinin regionlara verdiyi sözü yerinə yetirəcəyinə və Konstitusiya islahatları aparacağına ümid etdiyini bildirib: “Bizim istəyimiz ondan ibarətdir ki, Konstitusiya islahatları bütün regionlarda azad, demokratik və referendum şəraitində aparılsın. Regionlar qanunvericilik orqanlarını və qubernatorlarını özləri seçsinlər”.Bununla yanaşı XİN rəhbəri Qərbi Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edib.

O, bildirib ki, Rusiya hökuməti Ukraynada sülhməramlıların yerləşməsini istəmir: “Hesab etmirəm ki, BMT Təhlükəsizlik Şurası sülhməramlıların yerləşdirilməsilə bağlı müzakirələr aparacaq. Rusiya üçün Ukrayna hakimiyyəti və xalqı ilə dialoqun başlanması olduqca vacibdir”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür