Rusiya və Çin razılığa gəldi

18:05 | 21.05.2014
Rusiya və Çin razılığa gəldi

Rusiya və Çin razılığa gəldi

Bu dəqiqələrdə Rusiya informasiya agentlikləri sensasion xəbər yayıblar.Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu xəbəri bütün dünya ekspertlər cəmiyyəti gözləyirdi.“Qazprom” və CNPC şirkətləri arasında təbii qazın alqı-satqısı barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən qaz şərq marşrutu üzrə nəql ediləcək. Çinə şərq marşrutu üzrə “Sila Sibiri” qaz kəməri vasitəsilə qaz nəql edilməsi barədə Memorandum hələ 2013-cü ilin mart ayında imzalanıb. O vaxtdan bəri tərəflər qiymət məsələsini razılaşdıra bilmirdilər.“Qazprom”un rəhbəri Aleksey Miller bildirmişdi ki, “Qazprom” ÇXR-dan ilə 38 milyard kubmetr, zamanla bu rəqəmin 60 milyard kubmetrə də çatması mümkün olan 2018-ci ildən nəql edilməyə başlayacaq qaz üçün öncədən avans ala bilər. Müqavilənin 30 illik müddətə bağlanması planlaşdırılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür