İran və Rusiya neft satışları ilə bağlı ortaq fond yaratmaq üçün razılığa gəliblər.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə İranın rəsmi informasiya agentliyi İRNA məlumat yayıb. Məlumatda qeyd olunur ki, İran Milli Neft Çirkəti Beynəlxalq Əlaqələr direktoru Seyyid Muhsin Kemsari İran və Rusiyanın neft satışları ilə bağlı ortaq fond yaratmaq üçün razılığa gəldiklərini bildirib.
Kemsari İranın neft satışlarınını bir hissəsinin bu fond üzərindən həyata keçiriləcəyini və ölkəsinin xarici dövlətlərdən ölkələrdə sifariş almasının da bu fond vasitəsilə olacağını bildirib.
Bundan əvvəl İranın neft naziri Bicen Namdar Zengene İran və Rusiya arasında qida qarşılığı neft mübadiləsinin aparılacağını qeyd edtmişdi, amma Kemsari bu anlaşmanın olmasını təkzib edir.
O, qeyd edib ki, iki ölkə arasında qurulacaq bu fond sayəsində İran ixrac etmək istədiyi nefti Rusiya vasitəsilə dünya bazarına çıxarılacaq və bununla bağlı hər hansı maneə yoxdur. Kemsari onu da qeyd edib ki, bu anlaşmaya görə neftin Rusiya ərazisindən keçməsinə ehtiyac yoxdur, sadəcə qonşu ölkələrlə razılığa gəlmək kifayətdir.
Hətta bəzi İran rəsmiləri bu razılığ sayəsində İranın təbii qazının da Rusiya vasitəsilə Avropaya ixrac oluna biləcəyi qənaətindədir.
İran Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr direktoru Əzizullah Ramazani ölkəsinini "Türk axını" layihəsi ilə maraqlandığını deyib: "Yaxın gələcəkdə İran və Rusiya qaz boru xətlərini birləşdirilərək ortaq şəkildə Avropaya sata bilərlər".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !