Rusiya Xəzər donanmasını gücləndirir

13:32 | 20.01.2014
Rusiya Xəzər donanmasını gücləndirir

Rusiya Xəzər donanmasını gücləndirir

2014-cü ildə Rusiya Müdafiə Nazirliyi donanmaya 5 hərbi gəmi və çoxlu qayığın daxil edilməsi planlaşdırılır

Rusiya Müdafiə Nazirliyi Xəzər Dənizindəki donanmasını 2014-cü ildə daha da gücləndirmək fikrindədir. ANS PRESS-in məlumatına görə, bu məqsədlə 5 yeni hərbi gəmi və çoxlu sayda qayıqların Xəzər donanmasına daxil edilməsi planlaşdırılır. 

Əvvəllər Rusiya bir il ərzində heç vaxt bu qədər gəmini Xəzər dənizinə endirməyib. İlk olaraq 2014-ci ilin birinci rübündə "Buyan" tipli iki qayığın daxil edilməsi gözlənilir. 

Hazırda isə Xəzər donanmasına daxil ediləcək gəmilərin şəxsi heyətinin Zelenodolskda formalaşdırılması prosesi gedir. 

Amerikalı analitik Tomas Fedışin Rusiyanın Xəzər donanmasının bütün çatışmayan cəhətlərinə baxmayaraq yüksəlişdə olduğunu bildirib.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM