Rusiya Xəzərdə təlimlərə başladı

13:40 | 17.03.2014
Rusiya Xəzərdə təlimlərə başladı

Rusiya Xəzərdə təlimlərə başladı

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının gəmilər qruplaşması Xəzər dənizində təlimlərə başlayıb.APA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin saytının yaydığı məlumata görə, təlimdə Flotiliyanın "Tatarıstan", "Dağıstan" raket gəmiləri, "Ataman Platov" orta desant kateri və 4 ədəd "Serna" tipli sürətli desant kateri iştirak edir.Martın 15-də başlanmış təlim iki həftə davam edəcək. Təlim müddətində raket gəmiləri tərəfindən şərti rəqibin suüstü və yerüstü obyektlərinə qarşı döyüş hərəkətləri aparılacaq.Minaların məhv edilməsi, gəminin hava hücumuna qarşı müdafiəsi, həmçinin diversiyalara qarşı müdafiə və desant çıxarma əməliyyatları yerinə yetiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür