Rusiya XİN Bakı və İrəvana çağırış edib

19:29 | 27.03.2024
Rusiya XİN Bakı və İrəvana çağırış edib

Rusiya XİN Bakı və İrəvana çağırış edib

Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və üçtərəfli işçi qrup da daxil olmaqla yaradılmış üçtərəfli formatlar arasında qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırırıq.

Xarici KİV xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinqdə deyib.

"Biz tərəfləri bu mövzuda maksimum təmkinli olmağa və aqressiv ritorikadan çəkinməyə çağırırıq. Bütün ərazi mübahisələri və qarşılıqlı iddialar müstəsna olaraq siyasi-diplomatik yolla və yalnız siyasi-diplomatik üsullarla həll edilməlidir. Bu kimi məsələlər, o cümlədən anklavların qaytarılması və dəyişdirilməsi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll olunmalıdır.

Biz öz tərəfimizdən Rusiyada mövcud olan unikal kartoqrafik materialları və təcrübəni nəzərə alaraq bu işə maksimum köməklik göstərməyə hazırıq”, - o qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM