Rusiya XİN: BMT-nin Ukrayna ilə bağlı qətnaməsi faydasızdır

11:59 | 28.03.2014
Rusiya XİN: BMT-nin Ukrayna ilə bağlı qətnaməsi faydasızdır

Rusiya XİN: BMT-nin Ukrayna ilə bağlı qətnaməsi faydasızdır

Rusiya Xarici İşlər Nazirliyi BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnaməsini faydasız tədbir adlandırıb və beynəlxalq ictimaiyyəti bu ölkədəki vəziyyəti sabitləşdirməyə çağırıb.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in bəyanatında deyilir. “Baş Assambleyanın Ukrayna qətnaməsi ilə bağlı təşəbbüsü Ukraynadakı böhranın həllinə yardımı yalnız çətinləşdirəcək. Beynəlxalq ictimaiyyətin müstəqil düşünən üzvlərini bu ölkədəki vəziyyətin sabitləşdirilməsi üçün real təsir göstərməyə və Krım əhalisinin iradəsinin sərbəst ifadəsinin nəticələrinə hörmətlə yanaşmağa çağırırıq. Bunu inkar etmək mənasızdır”, - deyə bəyanatda vurğulanıb. Qeyd edək ki, BMT Baş Assambleyasında Krımdakı referendumun nəticələrini tanımayan qətnaməyə 100 ölkə səs verib. 11 ölkə əleyhinə olub, 58 dövlət bitərəf qalıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti