Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda çap olunan tarix dərsliyinin "Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” fəslinin təxribat xarakterli olduğunu bildirib.Bu barədə diplomatik qurumun məsələ ilə bağlı şərhində deyilir.
Rusiya XİN bildirir ki, fəsildə hadisələr təhrif olunmuş formada çatdırılır.
"Söhbət ümumi tariximizi yenidən yazmaq üçün növbəti həyasız cəhddən gedir. 1826-1828-ci illər Rusiya müharibəsinin nəticələri təhrifə məruz qalıb və Türkmənçay sülhü Şərqi Ermənistanın "ilhaqı” kimi qeyd edilib”, - nazirlik vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !