Rusiya XİN rəsmisi Qarabağda Rusiya sülhməramlıların fəaliyyətindən danışıb

10:06 | 30.12.2023
Rusiya XİN rəsmisi Qarabağda Rusiya sülhməramlıların fəaliyyətindən danışıb

Rusiya XİN rəsmisi Qarabağda Rusiya sülhməramlıların fəaliyyətindən danışıb

Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra sülhməramlıların fəaliyyəti ilə bağlı məsələləri Azərbaycanla müzakirə edir. Bunu Rusiya xarici işlər nazirliyinin müavini Mixail Qaluzin Ria Novostiyə müsahibəsində deyib. 
 
O bildirib ki, üçtərəfli bəyanata görə Rusiya sülhməramlıları 2025-ci ilin noyabrına kimi Qarabağda qalacaq. 

Dekabrın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlər üçün mətbuat konfrasında bildirib ki, Rusiya sülhməramlıları bəyanata uyğun olaraq 2025-ci ilin noyabrına kimi Qarabağda öz missiyasını yerinə yetirəcək. 

Bundan əvvəl Rusiya preizdenti mətbuat konfrasında jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdırlar, bu məsələ danışıqlar zamanı həll olunacaq.
 
Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub. 
 
Rusiya Müdafiə Nazirliyi bir neçə dəfə Qarabağda sülhməramlıların postlarının bağlanması ilə bağlı məlumatlar dərc edib. 
 
Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti