Rusiya XİN rəsmisi - Sülhməramlıların missiyası hələ davam edir

12:38 | 09.10.2023
Rusiya XİN rəsmisi - Sülhməramlıların missiyası hələ davam edir

Rusiya XİN rəsmisi - Sülhməramlıların missiyası hələ davam edir

Qarabağda münaqişə vəziyyətinə son qoyulmadığı üçün Rusiya sühməramlıların missiyası davam edir. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixayil Qaluzin deyib. 
 
"Hesab edirəm ki, münaqişəli vəziyyətə hələ də son qoyulmayıb. Yerdə vəziyyət kifayət qədər stabildir. Qarabağın bir çox sakinləri bu yerləri tərk etmək üçün çətin qərar veriblər. Hazırda Rusiya sülhməramlıları Qarabağda daha çox lazımdır", o bildirib. 
 
Nazir müavini vurğulayıb ki, Rusiya sülhməramlıları sentyabrın 20-də atəşkəsin əldə olunmasında və Qarabağı tərk edən ermənilərin çıxarılmasında böyük rol oynayıb. 
 
Rusiya Müdafiə Nazirliyi son 1 həftə ərzində Qarabağda sülhməramlıların bir neçə postunun bağlanmasını açıqlayıb. 
 
Bundan əvvəl Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, Rusiyanın sülhməramlı missiyası gərgin vəziyyətdə Qarabağda daha çox tələb olunur.
 
 
Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub. 
 
Gülnar 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti