• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Rusiya XİN şokdadır, Aİ nümayəndəsi isə dəhşətə gəlib - İranda baş verənlərə REAKSİYA

Rusiya XİN şokdadır, Aİ nümayəndəsi isə dəhşətə gəlib - İranda baş verənlərə REAKSİYA
27.01.2023 13:16
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sarsıldığını bildirib.

"Bizi Azərbaycanın İrandakı  səfirliyinə  növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik”, - deyə Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin teleqram kanalında yazıb.
 
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Miçalko da Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu şərh edib.

"Azərbaycanın Tehrandakı səfirliyinə insan tələfatı və yaralılarla nəticələnən silahlı hücum barədə xəbər məni dəhşətə gətirdi. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Mən mərhumun ailəsinə başsağlığı verirəm və yaralananların tezliklə sağalmasını arzulayıram”, - Mixalko tvitter hesabında yazıb.

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib. Kalaşnikov avtomatı ilə silahlanmış o, diplomatik nümayəndəliyin təhlükəsizlik xidmətinin rəhbərini öldürüb. Silahlı hücumu dəf edərkən səfirliyin daha iki mühafizəçisi yaralanıb, onların vəziyyəti qənaətbəxşdir. Hazırda hücumla bağlı araşdırma aparılır.
 
Azərbaycan prezidenti İlham Əliyev bu hadisəni terror adlandıraraq şiddətlə qınadığını və rəsmi Tehrandan tezliklətətbir görəcəyini gözlədiyini bildirirb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol