• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Rusiyada 200 nəfər saxlanıldı - VİDEO

Rusiyada 200 nəfər saxlanıldı  - VİDEO
23.01.2021 15:39
Rusiyanın bütün bölgələrində kütləvi etiraz aksiyaları keçirilir.  Rusiya KİV xəbər verir ki, nümayişçilərin əsas tələbi müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılmasıdır.


Məlumata görə, ilk mitinq ölkənin Uzaq Şərqdəki Xabarovsk şəhərində başlayıb. Hazırda nümayişlər ölkənin əsasən Sibir bölgəsindəki şəhərlərində davam edir. Etirazçılar "Biabırçılıq", "Navalnıya azadlıq" və ölkə prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndirirlər.


Ən böyük mitinqlərdən biri İrkutskda keçirilir. Şaxtaya baxmayaraq, şəhərdə 3 min nəfər Aleksey Navalnını dəstəkləmək üçün küçələrə çıxıb. Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutskda sakinlər 51 dərəcə şaxtada mitinqə qoşulublar. "Yakutsk Veçerniy” qəzetinin məlumatına görə, nümayişdə 300-dən çox vətəndaş iştirak edir. Orada artıq 13 nəfər saxlanılıb.


Ümumilikdə mitinqə görə artıq 200-dən çox insan saxlanılıb.


Qeyd edək ki, mitinqlərin eyni saatda başlanması nəzərdə tutulduğuna görə nümayişlər saat qurşağı baxımından öndə olan Sibir və Uzaq Şərqdə keçirilir. Paytaxt Moskvada nümayişlər yerli vaxtla saat 2-də başlanacaq.


Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.


A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 66 milyondan çox izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin ABŞ-ın Nyu-York, Avropanın Paris və Amsterdam, İsrailin Təl-Əviv şəhərlərində kütləvi mitinqlər planlaşdırılıb.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaponiyada zəlzələ olub
Dünya 11:30
Yaponiyada zəlzələ olub
Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var
Dünya 10:30
Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var
Mask yeni partiya yaratdığını elan edib
Dünya 10:02
Mask yeni partiya yaratdığını elan edib
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 18:31
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Dünya 16:57
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol