Rusiyada nazir özünü iş otağında güllələdi - Yenilənib

18:37 | 03.01.2015
Rusiyada nazir özünü iş otağında güllələdi - Yenilənib

Rusiyada nazir özünü iş otağında güllələdi - Yenilənib

Rusiya İstintaq Komitəsi Mari El Respublikasının daxili işlər naziri, general-mayor Vyaçeslav Buçnevin bu gün özünü iş otağında güllələyərək intihar etməsi faktı ilə bağlı təhqiqatlara başlayıb.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, hazırda hadisə yerində olan istintaq-əməliyyat qrupu nazirin intiharının səbəblərini araşdırır.

Rusiya Dövlət Dumasının üzvü Aleksandr Xinşteyn nazirin intiharı ilə bağlı verdiyi açıqlamada sensasion faktı açıqlayıb.

Rusiyalı deputat bildirib ki, Yeni il tətilindən sonra V.Buçnevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılmasına və generalın həbsinə hazırlıq gedirdi.
 
*** 

Rusiyanın Mari El Respublikasının daxili işlər naziri Vyaçeslav Buçnev bu gün özünü iş otağında güllələməklə intihar edib.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya DİN mətbuat mərkəzindən verilən xəbərə görə, nazir bayram günləri olmasına rəğmən işə gəlib-gedirmiş. Baxmayaraq ki, Buçnev dekabrın 26-dan yanvarın 8-dək rəsmən məzuniyyətdə olub. 

Vyaçeslav Buçnev yanvarın 3-də də işə gəlib. Bir qədər sonra isə nazirin katibi onun kabinetindən atəş səsi eşidib. Katib kabinetə girəndə Buçnev artıq keçinibmiş.

Rusiya DİN faktı daha geniş təhqiq etmək üçün Mari El Respublikasına xüsusi komissiya göndərmək barədə qərar qəbul edib. Komissiyanın hansı nəticələrlə dönəcəyi bilinmir.

Rusiya DİN-dəki mənbələr "İnterfax"a bildirib ki, Moskvadan - generallardan V.Buçnevə və onun fəaliyyətinə qarşı hər hansı irad və etiraz olmayıb. Ona görə də hadisənin motivləri qaranlıq qalır. Rusiya DİN-də hesab edirlər ki, bunun bədbəxt hadisə, yoxsa intihar olması araşdırılacaq.

V.Buçnev 2011-ci ildən Mari Elin daxili işlər naziri postunu tuturdu. Buna qədər isə o, Rusiya DİN Kirov vilayəti üzrə idarəsinin rəisi olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti