Rusiyada son 2 ayın ən yüksək yoluxma halı qeydə alındı

13:25 | 16.09.2020
Rusiyada son 2 ayın ən yüksək yoluxma halı qeydə alındı

Rusiyada son 2 ayın ən yüksək yoluxma halı qeydə alındı

Rusiyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.

Anews.az "worldometers”ə istinadla xəbər verir ki, Rusiyada son sutkada 5 min 670 nəfər COVİD-19-a yoluxub. Bu rəqəmlər 26 iyuldan bu günə qədər olan ən yüksək rəqəmdir.  Son 24 saatda koronavirusdan ölənlərin sayı isə 132 olub.

Nəticədə, həmin ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 1 milyon 79 min 519-a, ölənlərin sayı isə 18 min 917-yə çatıb. 890 min 114 nəfər isə müalicə alaraq sağalıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM