• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Rusiyalı ekspert Moskvanın üçtərəfli görüşlə bağlı maraqları barədə

Rusiyalı ekspert Moskvanın üçtərəfli görüşlə bağlı maraqları barədə
12.01.2021 10:10
Co Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər Moskva Qarabağ münaqişəsinin nizamlanması üzrə hansısa nəticələrə nail olmaq istəyir ki, bu məsələni müstəqil həll etsin, ABŞ və Fransanın müdaxiləsinə yol verməsin. Tanınmış rusiyalı jurnalist və analitik Arkadi Dubnov "Azadlıq" radiosuna müsahibəsində bildirib.

O, Rusiyanın Ermənistandan fərqli olaraq Azərbaycanın sülhməramlıların mandatı haqda sənədi imzalamamasından narahat olduğunu etiraf edib. "Bakı Dağlıq Qarabağa, o cümlədən Ermənistan tərəfindən giriş məntəqələrinə nəzarət əldə etməyi,  Qarabağda erməni hərbçilərin tamamilə tərksilah edilməsini istəyirdi. Bakı bu gün Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan bir hissəsinin də idarə olunmasında iştirak etmək istərdi. Hesab etmirəm ki, bu cür iddiaları tamamən Moskvada qəbul etməyə hazırdırlar", - Dubnov deyib.

Moskva Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü barədə məlumatlardan da narahatdır.  Bu, Moskvanın Ankara və Bakı ilə münasibətlərinə mənfi təsir göstərir, Dubn bildirib və qeyd edib ki, noyabrın 9-də Rusiyanın Mi-24  vertolyotunun azərbaycanlı hərbçilər tərəfindən  vurulmasına dair Moskvanın mövqeyinin sərtləşdirilməsini təsadüfi saymır. ""Mən bunu Moskva üçün də ümumi əlverişli şəraitə nail olmaq üçün Bakıya təzyiqin bir elementi kimi qiymətləndirirəm", -  o bildirib.
Azərbaycan Moskva və Yerevanı Naxçıvan vasitəsilə yolun açılması və regionun iqtisadi transformasiyası ilə maraqlandırmağa çalışır. "Düşünürəm ki, bu, ciddi təklifdir və bu təklifdən, çətin ki Moskvada kənara çəkilsinlər". Dubnov hesab edir ki, bu, Moskvaya öz enerji resurslarının Qərbə ixracı marşrutlarını diversifikasiya etməyə kömək edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol