Rusiyalı hakerlər Ukrayna Təhlükəsizlik Xidmətinin saytını ələ keçiriblər

17:14 | 29.09.2024
Rusiyalı hakerlər Ukrayna Təhlükəsizlik Xidmətinin saytını ələ keçiriblər

Rusiyalı hakerlər Ukrayna Təhlükəsizlik Xidmətinin saytını ələ keçiriblər

Rusiyalı hakerlərdən ibarət "EvilWeb" adlı qrup Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) saytını sındıraraq məlumatlarını açıq şəkildə yayıb.Bu barədə "Mash" teleqram kanalı məlumat verib.

Məlumata görə, indi hər kəs UTX-nin əməkdaşlarının tam adlarına, onların əlaqə məlumatlarına və sosial şəbəkə hesablarına çıxış əldə edə bilər.

Hakerlər həmçinin UTX Akademiyasının son illərdəki kursantlarının məlumatlarını da yayıblar.

Kod sətirlərində dövlət məmurlarının IP ünvanlarını öyrənmək və şəxsi açarları tapmaq mümkündür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM