Rusiyanın ən böyük atom elektrik stansiyası dayanıb

18:58 | 16.07.2024
Rusiyanın ən böyük atom elektrik stansiyası dayanıb

Rusiyanın ən böyük atom elektrik stansiyası dayanıb

Rostov Atom Elektrik Stansiyasının enerji bloklarından biri turbogeneratorda yaranan problemlərə görə söndürülüb. Amma radiasiya fonu normaldır. Bu barədə  Rosatomun mətbuat xidmətindən RBC-yə bildirilib. 

"İyulun 16-da saat 15:21-də Rostov AES-in 1 saylı enerji bloku generatorun mühafizəsinin işə salınması ilə əlaqədar avtomatik hərəkətlə şəbəkədən ayrılıb. Sistem dizayn alqoritmlərinə uyğun olaraq normal işləyib”, - məlumatda qeyd olunub. 

Rosatom stansiyanın təhlükəsiz istismarı şərtlərinin pozulmasının və radiasiya fonunda dəyişikliklərin olmadığını vurğulayıb. Onlar enerji blokunu "elektrik mühafizəsinin səbəbləri müəyyən edilərək aradan qaldırıldıqdan sonra” şəbəkəyə daxil etmək üçün hazırlayacaqlarına söz veriblər.

Rusiya Energetika Nazirliyi Rostov Atom Elektrik Stansiyasında generasiya avadanlığının istismarında nasazlıq olduğunu bildirdi və 1,5 GVt istehlak üçün müvəqqəti dayandırma cədvəlləri tətbiq etdi. İdarədən bildirilib ki, bərpa işləri xüsusi nəzarətdədir.

Rostov AES, Volqodonskdan 16 km məsafədə yerləşən Rusiyanın cənubundakı ən böyük enerji müəssisəsidir. Stansiya Rostov vilayətində elektrik enerjisi istehsalının təxminən 75%-ni təmin edir, bundan sonra Rusiyanın cənubunun Birləşmiş Enerji Sisteminə daxil olur. Sonuncuya Cənubi və Şimali Qafqaz federal dairələrinin, Stavropol və Krasnodar ərazilərinin, habelə ümumi əhalisi 26 milyon nəfərdən çox olan Rostov, Həştərxan və Volqoqrad vilayətlərinin regional enerji sistemləri daxildir.
 
N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM