Puşkov: "Əməliyyatların uzanması riski həmişə var, lakin biz əməliyyatın üç-dörd ay davam edəcəyini düşünürük
"Rusiyanın Suriyadakı hərbi hava əməliyyatları üç-dörd ay davam edəcək". "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Duması Xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov bildirib.
Onun sözlərinə görə, "İslam Dövləti" terror qruplaşması mövqelərinə hava zərbələrinin intensivliyi artacaq.
"Əməliyyatların uzanması riski həmişə var, lakin biz bu əməliyyatın üç-dörd ay davam edəcəyini düşünürük", - A.Puşkov bildirib.
Xatırladaq ki, sentyabrın 30-da Federasiya Şurası Suriyada Rusiya Hərbi Hava Qüvvələrinin istifadə olunması barədə Rusiya prezidenti Vladimir Putinin müraciətinə müsbət cavab verərək bu barədə qərar qəbul edib. Bir müddət sonra Rusiya təyyarələri Suriyadakı İŞİD mövqelərinə ilk zərbələr endirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !