Yurmalda keçirilən “Novaya volna” mahnı müsabiqəsində Rusiyanın məşhur sənət adamları Ukraynaya dəstək üçün flaşmob təşkil ediblər. Bu barədə məlumatı dünən dünya şöhrətli müğənni Alla Puqaçeva öz tvitter səhifəsində yayıb.Xatırladaq ki, A. Puqaçeva bir müddət əvvəl də - 4 iyulda da Ukraynanın xeyrinə başqa bir tvit paylaşmışdı: “23 ildir müharibə aparan Rusiya, vuruşmayan Ukraynanı elə öz vətəndaşlarının qatil dövləti kimi təsvir etmək istəyir. Mövcud vəziyyətin fırıldaq olduğu bütün dünyaya bəllidi”.Daha sonra Alla müğənni Andrey Makareviçi dəstəkləyərək, onu bir zaman Sovet qoşunlarının Əfqanıstana müdaxiləsinə qarşı çıxışlar edən Andrey Sxarova bənzədib.
(aznews.az)ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !