Rusiyanın nefti tükənir

21:15 | 28.05.2014
Rusiyanın nefti tükənir

Rusiyanın nefti tükənir

Rusiyanın kəşf edilmiş neft ehtiyatları indiki templərlə çıxarılarsa, 30 ilə tükənər. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya təbii ehtiyatlar naziri Sergey Donskoy bildirib. Hazırda Rusiyada ildə 600 milyon ton neft çıxarılır. Donskoyun sözlərinə görə, ölkə ərazisində təsdiq edilmiş yataqların toplam ehtiyatı 12,5 milyard ton təşkil edir, daha az öyrənilmiş proqnoz ehtiyatları isə 50 milyard ton təşkil edir. Nazirin sözlərinə görə, hökumət çətin çıxarılan ehtiyatların hasilatını stimullaşdırmağı düşünür ki, bu da neft hasilatını ildə 20 milyon ton artırmağa imkan verir. 2013-cü ildə Rusiyanın neft hasilatı 520 milyon ton təşkil edib. 2013-cü il 1 yanvar tarixinə Rusiya 80 milyard barrel neft ehtiyatı ilə dünyada 8-ci yer tutub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür