Rusiyanın növbəti hədəfi Dağlıq Qarabağdır? – The NewYork Times

17:23 | 15.09.2014
Rusiyanın növbəti hədəfi Dağlıq Qarabağdır? – The NewYork Times

Rusiyanın növbəti hədəfi Dağlıq Qarabağdır? – The NewYork Times

Bu günlərdə nüfuzlu "The New York Times" nəşri Rusiyanın növbəti hədəfinin nə ola biləcəyi barədə məqalə dərc edib. Məqalənin müəllifi Brenda Şefferdi. ANN.Az həmin məqaləni oxucuların diqqətin təqdim edir:"Ukrayna – Rusiyanın suyu bulandırmağa çalışdığı yeganə yer deyil. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Moskva öz sərhədində olan dövlətlərdə ənənəvi olaraq separatçıları dəstəkləyir ki, bu ölkələri nəticə etibarilə öz diktaturasını qəbul etməyə məcbur etsin. Moskvanın atdığı son bu kimi cəhdlər Cənubi Qafqazda müvəffəqiyyətsizliyə düçar olmuşdu.Bu yaxınlarda, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik artarkən, Rusiya ali hökmdar kimi sülh rolunu oynamağa qərar verdi. Avqustun ilk həftəsində, 40 erməni və Azərbaycan əsgəri hər iki dövlətin qoşunlarının təmas xəttində sərt döyüşlərdə öldürüldü. Bu hadisələr Rusiya prezidenti Vladimir Putin tərəfindən çağırılmış sammit öncəsi oldu.Cənubi Qafqaz əlahiddə ərazi kimi görünə bilər, amma bu region Rusiyayla, İranla və Türkiyəylə həmsərhəddir və neft-qaz boru kəmərlərinin həyati əhəmiyyətli marşrutudur ki, bunun sayəsində Mərkəzi Asiyadan enerji resurslarlarını Rusiyadan yan keçərək Avropaya nəql etməyə kömək edə bilər. Qərb məmurları özlərinə sığışdıra bilməzlər ki, bu əhəmiyyətli regionun bir hissəsi Moskvanın nəzarəti altına keçsin. Necə ki, 2008-ci ildə qısamüddətli müharibə zamanı Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgəsi Rusiyanın nəzarəti altına düşdü. Analoji vəziyyət bu il Rusiya tərəfindən tutulmuş Krıma oldu.Rusiyanın adlandırdığı həll edilməmiş və ya "dondurulmuş" münaqişə hər iki tərəfi sonradan nəzarət altında saxlamaq üçün Rusiya qoşunlarının Cənubi Qafqaz ərazisinə yeridilməsi üçün əla bəhanədir. Rusiya qoşunları bu regiona soxulduqdan sonra isə, tərəflərdən heç biri Qərblə sıx əməkdaşlıq edə bilməyəcək.İstənilən digər sərhəd regionunun Moskva tərəfindən tutulmasının qarşısını almaq üçün qərbə strategiya lazımdır. Ancaq Dağlıq Qarabağ Krımdan sonra növbəti cəbhədir, bu bölgəni Rusiya çoxdan əlinə almaq və itirilmiş imperiyanı bərpa etmək istəyir. Əgər Cənubi Qafqaz öz müstəqilliyini itirib, Rusiyanın nəzarəti altına keçsə, bu, Amerikanın azalmaqda olan, keçmiş Sovet İttifaqı ölkələrində və onun hüdudlarından kənardakı ittifaqları dəstəkləmək bacarıqlarına ölümcül zərbələr vuracaq.http://mobile.nytimes.com/2014/09/10/opinion/russias-next-land-grab.html?referrer=&_r=2ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür