Rusiyaya daha bir zərbə: Avropa üzərindən uçuş qadağası

10:37 | 07.08.2014
Rusiyaya daha bir zərbə: Avropa üzərindən uçuş qadağası

Rusiyaya daha bir zərbə: Avropa üzərindən uçuş qadağası

Rusiya Avropa aviaşirkətlərinin Sibir üzərindən uçuşlarına qadağa qoyarsa, Avropa Birliyi də Rusiya aviaşirkətlərinin təyyarələrinin Avropa üzərindən uçuşlarını qadağan edəcək.

APA-nın “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının Almaniyadakı rəsmi nümayəndəsi Rihard Künel deyib.

O bildirib ki, Avropa Birliyi “əvəz əvəz” prinsipi üzrə hərəkət etməyə hazırdır: “Bizim başqa seçimimiz yoxdur”. R. Künel qeyd edib ki, hava dəhlizləri beynəlxalq razılaşmalar əsasında müəyyənləşdirilib, Rusiya bu qaydalara əməl etmək məcburiyyətindədir və birtərəfli şəkildə beynəlxalq hüquqa zidd addımlar ata bilməz.  Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Avropa aviaşirkətlərinin Rusiya üzərindən tranzit uçuşlarına qadağa qoyulacağı barədə xəbərləri təkzib edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM