Rusiyaya qarşı döyüşən cütlük cəbhədə evlənib

13:04 | 07.03.2022
Rusiyaya qarşı döyüşən cütlük cəbhədə evlənib

Rusiyaya qarşı döyüşən cütlük cəbhədə evlənib

Ukraynanın paytaxtı Kiyevdə  döyüşən cütlük Rusiyanın işğalına qarşı qurulan cəbhədə evlənib. 

22 ildir birlikdə olan  Lesia İvaşenko və Valeriy Filmonov cütlüyü cəbhədəki digər döyüşçülərin də qatıldığı mərasimdə münasibətlərini rəsmiləşdirib. Mərasimdə Kiyev meri Vitali Kliçko və onun qardaşı, eyni zamanda boks üzrə keçmiş dünya çempionu Vladimir Kliçko da iştirak edib.

Rusiya işğalı başlayandan sonra işini qoyub yerli müdafiə qüvvələrinə qoşulan gəlin və bəy toyda hərbi formalarına çıxarmayıb. Ağ fata və bir buket gül ilə 6 martda keçirilən mərasimdə çıxış edən gəlin "Xoşbəxtəm, çünki həyat yoldaşım yanımdadır və biz sağıq. Düşməni dəf edəcəyik, torpaqlarımızı geri alacağıq və qalib gələcəyik”, deyib.


"Birlikdə döyüşdüyüm qardaşlarım məni təəccübləndirərək bu mərasimi hazırladılar" deyə bəy İvasenko vurğulayıb.
 
2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.(sözçü qəzeti)
 

 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM