Ruslan Abışov əməliyyat olundu

14:20 | 03.08.2018
Ruslan Abışov əməliyyat olundu

Ruslan Abışov əməliyyat olundu

"Neftçi"nin kapitanı Ruslan Abışov əməliyyat olunub.

BiG.AZ xəbər verir ki, Almaniyada baş tutan əməliyyat uğurlu keçib. Təcrübəli müdafiəçi bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəyəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq".

Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin Macarıstanın "Uypeşt" klubu ilə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuşdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM