Ukraynanin Avrointeqrasiya proqramını təxirə salmasından sonra Kiyevdə toplaşan müxalifət mitinqləri sürpriz bir müxalifət lideri yaradıb.Avropa.info-nun Türkiyə mətbuatina istinadən məlumatına görə, "Evrovision-2004" mahnı müsabiqəsinin qalibi Ruslana meydandan bir an bela ayrılmır.2004-cu ildə narıncı inqilabdan sonra yeni hakimiyyət qurulanda bir müddət millət vəkili olan mügənni keçən həftə milli himni oxuyaraq, mitinqə dəstək verdiyini açıqlamışdı.Şahidlərin sozlərinə görə, mügənni öz şəxsi avtomobili ilə sədd quararaq, polisə maneə yaratmışdı. Hətta məşhur mügənni gecələr də evinə getmir, meydanda gecələyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !