• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

“Ruslar bu vəziyyətdən Qarabağ münaqişəsinə qarşı istifadə edə bilər” - AÇIQLAMALAR

“Ruslar bu vəziyyətdən Qarabağ münaqişəsinə qarşı istifadə edə bilər” - AÇIQLAMALAR
27.11.2015 15:25
"Jirinovskinin Böyük Ermənistan yaratmaq ideyası sadəcə xülyadır və reallaşması qeyri-mümkün olan bir utopiyadır." - bu sözləri açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ANN.Az-a açıqlamasında rusiyalı siyasətçi Jirinovskinin Türkiyənin Rusiyaya məxsus "Su -24” qırıcı təyyarəsini vurmasından sonra bu ideya ilə danışmasına münasibət bildirərkən deyib.


 
Üzeyir Cəfərov

Ekspertin sözlərinə görə, son vaxtlar hamımızda Qarabağla bağlı nəhayət müəyyən irəliləyişlərin ola biləcəyi ilə bağlı çox güclü bir inam, ümid yaranmışdı: "Hamı gözləyirdi ki, yaxın vaxtlarda mütləq mənada status-kvonun dəyişməsi qaçılmazdır və artıq bu haqda təkcə sıravi insanlar deyil, məlumatdan xəbərdar olan böyük dövlətlərin diplomatları da danışırdılar. Lakin Türkiyə Silahlı Qüvvələrinə məxsus "F-16” qırıcı təyyarəsinin Rusiyaya məxsus "Su-24” döyüş təyyarəsini vurandan sonra yaxın vaxtlarda bizim ümidlərimizin doğrulacağı artıq arxa plana keçib. Bunu tam əminliklə deyirəm. Bizə bu məsələnin ən azından normal məcraya düşməsini gözləmək lazım gələcək".

Ü.Cəfərov qeyd edib ki, indi rus siyasətçiləri, hərbçiləri və ictimaiyyət nümayəndələri müxtəlif fikirlər, mülahizələr, hətta etikadan kənar hədyanlar, sözlər istifadə edirlər: "Rusların sevimli "siyasətçi təlxəki" kimi ad çıxartmış Vladimir Jirinovski də köhnə mərəzinə qayıdıb. Baxmayaraq ki, o bir müddət bundan öncə haqqın yoluna qayıtmağa çalışırdı və görünür, bu addımı sona qədər atmağa onun nə kişiliyi, nə də mərdliyi çatmadı. İndi o "Böyük Ermənistan” yaradılması məsələsini yenidən ortalığa atıb. Özü də bilir ki, bu sadəcə xülyadır və reallaşması qeyri-mümkün olan bir utopiyadır”.

Ekspert əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, Türkiyə sona qədər həm öz haqqını qorumağa çalışacaq, həm də Qarabağ məsələsində daima Azərbaycanın yanında olduğunu sübut edəcək: "Düşünmürəm ki, kimsə belə həssas məqamda Qarabağ məsələsində özbaşınalığa əl atsın, bizim haqqımıza girsin. Təəssüfedici hal odur ki, Qarabağ məsələsi bir qədər də uzanacaq və bədnam qonşularımız öz çirkin məqsədlərini - işğalçılıq siyasətlərini davam etdirəcəklər. Fikrimcə, bu da çox çəkməz. Azərbaycan dövləti də sonsuza qədər səbir və dözüm nümayiş etdirmək fikrindən uzaqdır”. 


 
İlqar Vəliyev 

Mövzu ilə bağlı fikirlərini açıqlayan politoloq İlqar Vəliyev qeyd edib ki, Rusiyada daima erməniləri dəstəkləyən qüvvələr çoxdur: "İndinin özündə də dəstəkləyirlər. Bu qüvvələr hər hansı vəziyyət dəyişən kimi həmin an bu fürsətdən istifadə edərək ermənilərin mövqelərindən çıxış etməyə başlayırlar. Hazırda da Qarabağ probleminin həllinə görə ruslar indiki situasiyadan istifadə edə bilərlər. Bu zaman bir çox hadisələr baş verə bilər. Vəziyyətin qarışması kiminsə maraq dairəsində olar. Əgər Rusiya bu hadisədən Qarabağ problemi ilə mövqeyinə uyğun nəsə iş görə, digər tərəfdən həmişə Rusiyanın vassalı olan Ermənistan ayağa qalxacaq. Bu da Azərbaycana mənfi təsir göstərər".

Politoloqun sözlərinə görə Jirinovskinin "Böyük Ermənistan” yaradılması ideyası yalnız sözdə öz qüvvəsindədir: "Bu deyilənlər sadəcə pafoslu rus siyasətçisinin ifadələrindən başqa bir şey deyil. Türkiyənin baş naziri Əhməd Davudoğlunun Qarabağla bağlı çıxışı Türkiyənin dövlət mövqeydidir və bir daha göstərir ki, bu problemlə bağlı Türkiyə həmişə Azərbaycanın yanında olacaq".

Qeyd edək ki, bir neçə gün bundan öncə Türkiyənin Rusiyaya məxsus "Su -24" qırıcı təyyarəsini vurmasında sonra, politoloqlar bu hadisədən sonra bir çox hadisələrin baş vermə ehtimalının ola biləcəyini irəli sürmüşdülər. Rusiyalı siyasətçi Jirinovski bu hadisədən sonra Böyük Ermənistan yaradılması ideyasının daha da aktivləşəcəyini bildirmişdi. Bununla yanaşı Türkiyənin baş naziri Əhməd Dauvoğlu Türkiyənin Qarabağ məsələsinin həlli istiqamətində həmişə Azərbaycanın yanında olacaqlarını deyib. 

Orxan Aslanlı 


Oxşar xəbərlər
Oxşar xəbərlər
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
Siyasət 09:17
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
İlham Əliyev 5 milyon manat ayırdı
Siyasət 04:41
İlham Əliyev 5 milyon manat ayırdı
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
Siyasət 04:23
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Siyasət 02:01
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Siyasət 01:45
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Elmar Məmmədyarov:
Siyasət 18:22
Elmar Məmmədyarov: "Vyana görüşü yaxşı imkanlar yaradır"
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi planlaşdırılır
Siyasət 19:36
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi planlaşdırılır
Siyasət 12:22
"Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini Rusiya istəmir" – AÇIQLAMALAR
Prezidentlərin üçtərəfli görüşünə dair birgə bəyanat yayıldı
Siyasət 20:44
Prezidentlərin üçtərəfli görüşünə dair birgə bəyanat yayıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol