Rusiya İP-lərindən giriş edən hakerlər Pentaqonun e-mail sisteminə girməyi bacarıb və sistemin 2 həftə ərzində normal çalışmasına maneə olub.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə artıq Pentaqon rəsmi açıqlama ilə çıxış edib. Açıqlamada bildirilib ki, hazırda sistem öz nəzarətləri altında olsa da, 2 həftə e-maillər işləməyəcək və araşdırma aparılacaq.
Pentaqonun mətbuat katibi Valerie Henderson bildirib ki, hazırda sistem üzrəində ciddi iş aparılır və yaranmış durumun öhdəsindən gəlmək iqtidarındadırlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !