ABŞ və Avropa Birliyinə bağlı böyük beynəlxalq firmalardan sonra yapon əsilli önəmli bir marka Rusiyada istehsalını dayandırdı
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Yaponiyanın yük maşını və avtobus istehsal edən "Mitsubishi Fuso" tələblərin azalması və rüblun dəyərinin itirməsi səbəbilə Rusiyadakı fəaliyyətini dayandırır. Amma bununla belə ofisləri öz işini davam etdirəcək.
Firmaın ilk rəsmi açıqlamasına görə, vəziyyətin izlənilməsi davam edəcək və inkişafa bağlı olaraq işlərin çıxarılıb-çıxarılmayacağına, ofislərin öz işlərini davam etdirib-etdirməyəcəyinə sonrakı mərhələdə qərar veriləcək.
ABŞ-ın avtomobil nəhəngi "GM" Avropadakı markası "Opel"i Rusiyadan geri çağırmaq qərarı verib. "Siemens"in rəhbəri Joe Kaeser də qərbin sanksiyaları səbəbilə Rusiyadakı fəaliyyətlərini 50 faiz azaltdıqlarını elan etmişdi. "McDonald`s" ölkədəki bütün şöbələrini bağıayıb, "Coca-Cola", eləcə də "Pepsi" Rusiyadakı bütün fabriklərinin bağlamaq qərarına gəlib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !