“Russneft”in Azərbaycandakı layihələri tərk etməsi hasilat göstəricilərinə təsir etməyəcək

"Russneft”in Azərbaycandakı layihələrdən geri çəkilməsi şirkətin istehsal göstəricilərinə təsir etməyəcək. Bu barədə Tacc agentliyi "RussNeft”in rəhbəri Yevgeni Toloçek Rusiya Enerji Həftəsi çərçivəsində jurnalistlərə çıxışına istinadla yazıb.
2024-cü ilin iyununda Russneft GEA Holdings Limited qrupuna sahib olan törəmə şirkəti Global Energy Cyprus Limited-dəki payını satıb.
Öz növbəsində, GEA Holdings Limited törəmə və müştərək müəssisələr vasitəsilə Azərbaycanın dövlət şirkəti Socar ilə PSA layihələrində iştirak edir. RussNeft 2014-cü ildə GEA Holdings Limited-i alıb. Bu şirkət və onunla əlaqəli müəssisələr iyunun 30-dan etibarən "Russneft"in filialları siyahısından çıxarılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər