"Qafqazinfo”nun məlumatına görə, Rövnəq Abdullayev qurumun bu gün keçirilən konfransında baş tutan səsvermədə növbəti dəfə dörd il müddətinə AFFA-nın prezidenti seçilib.
"Mənə etimad göstərdiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, gələcəkdə daha yaxşı nəticələr görəcəyik. Əsas məsələ milli komandanın nəticələrində dönüş etməyi bacaracağıq. Azərbaycan futbolunu yüksək yerlərə qaldırmaq lazımdır”, - deyə R. Abdullayev bildirib.
Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !