Rövnəq Abdullayevdən özəl şirkətlərə - TƏKLİF

17:20 | 14.04.2017
Rövnəq Abdullayevdən özəl şirkətlərə - TƏKLİF

Rövnəq Abdullayevdən özəl şirkətlərə - TƏKLİF

"Azərbaycan kimya sənayesinin böyük gələcəyi var və yaxın zamanlarda özəl şirkətlər bu sahədə öz layihələrini reallaşdıra biləcək".

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayen "SOCAR Polymer" MMC-nin məhsulunun təqdimatına həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə əldə olunan təcrübə "SOCAR Polymer" kimi layihənin icra olunmasına imkan verib: "Bu layihəyə iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən şirkətlər də qoşulub. Bu sahə inkişaf etməkdə davam edir və yeni bazara azad çıxış imkanı mövcuddur. Ona görə digər özəl şirkətlər bu sahədə öz layihələrini həyata keçirə biləcək".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM