Rövşən Lənkəranski Aşurada iştirak üçün Azərbaycana gəldi

15:49 | 17.11.2014
Rövşən Lənkəranski Aşurada iştirak üçün Azərbaycana gəldi

Rövşən Lənkəranski Aşurada iştirak üçün Azərbaycana gəldi

Məşhur avtoritet Rövşən Canıyev (Lənkəranski) Lənkəranda olub. “Qafqazinfo”ya daxil olan məlumata görə, Lənkəranski noyabrın 4-də doğulduğu şəhərdə keçirilən Aşura mərasimində iştirak edib. Qanuni oğrunu şəhərin Kiçik Bazar adlanan ərazində ətrafında 4-5 mühafizəçisi ilə görüblər.Qeyd edək ki, Lənkəranski ilə yanaşı anası, həyat yoldaşı və uşaqları da Aşura mərasiminə qatılıb.Xatırladaq ki, Rövşən Canıyev “oğru dünyası”nda böyük nüfuz sahibidir və “Rövşən Lənkəranski” kimi tanınır.O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub.Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb.2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R.Canıyev cinayət məsuliyyətindən azad edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür